Kökləri orta əsrlərə gedib çıxır
Azərbaycan milli xalq oyun-tamaşalarının tədqiqata möhtac qollarından biri kukla teatrıdır ki, onun da kökləri orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxır və milli mədəniyyətimizin çox qiymətli sərvətlərindən sayılır.
Şərq mədəniyyətinin bilici mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski, M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marr və onlarca bu qəbildən olan alimlər Azərbaycan xalq oyun-tamaşalarından söhbət açanda Kukla teatrı mənşəli göstərmələrdən də bəhs ediblər.
İndiki Kukla teatrının kökləri kilimarası və maral oyunlarından qaynaqlanmışdır.

