“Ələddin”
“Min bir gecə” nağıllarından birinin – “Ələddinin sehrli çırağı” əsasında qəhrəmanını Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi “Ələddin” tamaşası daim maraqla izlənilən nümunələrdəndir. Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını özündə əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə balaca tamaşaçılara əzmkarlıq, mübarizlik və qəhrəmnalıq kimi hisslər aşılanır.
Premyera 5 Sentyabr 2004-cu ildə olub.