Saytımız hazırda yenilənir. Daha yaxşı xidmət üçün texniki işlər aparılır.

ŞƏNGÜLÜM , MƏNGÜLÜM

 

Tamaşanın adı: “Şəngülüm, Məngülüm”

Dili: Azərbaycan

Müddəti: 55 dəqiqə

Yaş həddi: 3+

 

Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan və nəsillər boyu uşaqların sevimlisinə çevrilən məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb.

“Şəngülüm, Məngülüm” adı verilən nümunəyə yaradıcı heyət əsərə yeni səhnə baxışı gətirərək onu daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim edib.

Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunub saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb. Bu yanaşma sayəsində klassik folklor nümunəsi müasir səhnə dili ilə təqdim olunur və tamaşaçını nağılın sehrli dünyasına aparır.

Yeni quruluşda səhnə plastikasına, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini daha da artırır. Bu da tamaşanın yalnız əyləncəli deyil, həm də maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir.

Səhnə əsərinin əsas məqsədi uşaqlara həm maraqlı və əyləncəli teatr ab-havası yaşatmaq, həm də xalq nağıllarımızın zəngin irsini yeni nəsillərə onların baxış bucağı və vizual zövqünə xitab etməklə sevdirməkdir.