Cırtdan

                                                          

“Cırtdan”

      Teatrsevərlər sevimli uşaq yazıçıları Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini bizim səhnədə xüsusilə sevirlər. Təbii ki, bunun da səbəbi tamaşaya sırf kukla estetikasında teatral yozum verilməsidir.

     Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur.

“Üç cəsur”

         Rusdilli tamaşaçıları da unutmayan yaradıcı heyət bu klassik nağıl əsasında hazırlanan tamaşaya “Üç cəsur” adını veriblər. Rus bölməsi üzrə ilk dəfə hazırlanan (tərcümə Q. Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.

Tamaşanın premyerası 5 dekabr 2017-ci  ildə olub.