UNIMA Azərbaycan Milli Mərkəzi

UNIMA Azərbaycan Milli Mərkəzi  17 sentyabr 2011-ci ildə yaradılıb və əllidən çox üzvü var. UNIMA Azərbaycan Milli Mərkəzi  Azərbaycanda fəaliyyət göstərən beş Dövlət Kukla teatrı , Dövlət Marionet teatrı nüTeatrın Tariximayəndələri təmsil olunan beynəlxalq təşkilatlardır.

Yarandığı tarixdən kukla sənətinin inkişafına böyük dəstək olmuşdur. Dövlət Proqramı çərçivəsində , Bakıda ,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı , UNİMA Beynəlxalq Kukla Teatrları Assosasiyası və Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə , iki (2011 , 2013 ) “CIRTDAN” Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Azərbaycan Dövlət Kukla Teatrının və UNIMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə kukla teatrı aktyorların inkişafına öz töhfəsini verən kurslar təşkil edildi. UNİMA Beynəlxalq Kukla Teatrları Assosasiyası və onun Təşkilat Komitəsinin toplantısı da Bakıda keçirildi. Biz tez-tez xarici ölkələrdə keçirilən Beynəlxalq Kukla Teatrı Festivallarında iştirak edirik. UNIMA Azərbaycan Milli Mərkəzi Azərbaycanda təşkil olunan bütün milli və beynəlxalq tədbirlərdə iştirak edir.
Mərkəzimiz Məcburi köçgün , qaçqın ailələri , internat məktəbləri və uşaq evləri ilə sıx əlaqədədir. Digər ölkələrin UNIMA mərkəzləri ilə sıx əməkdaşlıq edir.
UNIMA Azərbaycan Milli Mərkəzi və Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə uşaq evlərində, internat məktəblərində və orta təhsil müəssisələrində kukla tamaşaları təşkil olunur.
Üzvlərimizin sayı artmaqdadır və mən inanıram ki, yaxın gələcəkdə UNIMA Azərbaycan Milli Mərkəzi kukla sənətinin inkişafına daha çox töhfə verəcək və geniş miqyaslı təşkilata çevriləcəkdir.

Hörmətlə,

UNIMA Azərbaycan Milli Mərkəzinin prezidenti
Rəşad Əhmədzadə

Adı: UNIMA Azərbaycan Milli Mərkəzi
Ünvan: AZ1005,
Azərbaycan, Bakı,
Neftçilər prospekti 36

[email protected]