MAŞA VƏ AYI

    Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı baxımlı nümunələrdən biri də son illər cizgi filmi kimi populyarlaşan “Maşa və Ayı” nağılı əsasında hazırlanan eyniadlı tamaşadır.Klassik kukla elementlərindən istifadə olunmaqla hazırlanan musiqili tamaşada sadə həllə çalışılıb.

      Anar Məmmədovun quruluş verdiyi musiqi tərtibatlı tamaşanın quruluşçu rəssamı İqbal Əliyevdir.Yaradıcı heyət animasiya filmindən fərqli olaraq balacalara komik hadisələr, tamaşanın qəhrəmanı Maşanın şıltaqlıqları fonunda həm də yüksək tərbiyəvi keyfiyyətlər aşılamağa çalışıb.Müvafiq lisenziya əsasında ərsəyə gələn tamaşada müxtəlif ölçülü kuklalara və sadə səhnə tərtibatına üstünlük verilib.Birhissəli uşaq tamaşasının müddəti 55 dəqiqədir. Tamaşa azərbaycan və rus dillərində nümayiş olunur.

   Tamaşanın premyerası 1 aprel 2019-cu il tarixində olmuşdur.